“Qahirə Su Həftəsi” beynəlxalq konfransında ADSEA sədr müavini və rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib
24 Oktyabr, 2025
12–16 oktyabr 2025-ci il tarixlərində Misirin paytaxtı Qahirədə keçirilən “Qahirə Su Həftəsi” beynəlxalq konfransında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbir çərçivəsində davamlı su idarəçiliyi, iqlim dəyişikliklərinə adaptasiya, innovativ yanaşmalar və təbiətə əsaslanan həllər mövzuları üzrə müzakirələr aparılıb.